42
14:46
10 Sentyabr 2016

“Neftçi” Vəli Qasımovun durumuna aydınlıq gətirdi - YENİLƏNİB

“Neftçi”nin baş məşqçisi Vəli Qasımovun durumuna aydınlıq gəlib. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, 47 yaşlı mütəxəssisin vəziyyəti stabildi.

“Neftçi”nin yaydığı məlumatda bildirilir ki, Qasımov stasionar şəraitdə müalicəsini davam etdirir: “Neftçi”nin baş məşqçisi Vəli Qasımov cümə günündən şənbə gününə keçən gecə hipertonik kriz ilə xəstəxanaya yerləşdirilib. Hazırda məşqçinin vəziyyəti stabildi və həkim nəzarəti altında stasionar şəraitdə müalicəsini davam etdirir. "Neftçi” Vəli Qasımova tezliklə sağalaraq, iş fəaliyyətini davam etdirməyi arzulayır”.

Qeyd edək ki, Qasımov səhhəti ilə bağlı bu gün “Neftçi”ni “Qəbələ” ilə oyuna çıxara bilməyəcək. Onu köməkçisi Tofiq Mustafayev əvəzləyəcək.

14:19

"Neftçi” PFK-da ciddi maliyyə yeyintilərinin olması barədə məlumat yayılıb. Lent.az musavat.com-a istinadən bildirir ki, saytının klub daxilində olan mənbələrindən əldə etdiyi məlumata görə, SOCAR rəhbərliyi bu gecə klubun bazasında təcili toplantı keçirdib. Klubun sənədləri yoxlanıb. Yoxlanış zamanı dəhşətli maliyə yeyintiləri və saxta imzalar üzə çıxıb.

Bundan sonra klubun rəhbəri Çingiz Abdullayevdən başqa bütün müşahidə şurasında çalışanların fəaliyyətinə xitam verilib.

Bu gün səhər baş məşqçisi Vəli Qasımovun səhhətinin pisləşməsi haqqında yayılan xəbərlərdə həqiqəti əks etdirmir.

Vəli Qasımov klubdan qovulub, sadəcə olaraq oyun qabağı olduğu üçün açıqlama verilmir. Məlumata görə, Qurban bayramı bitdikdən sonra isə? Qasımovun qovulması rəsmiləşəcək. Çingiz Abdullayev isə transferlərdən xəbəri olmadığını, heç bir sənətdə imzası olmadığını və işləri Elnur Məmmədovun yönəltdiyini qeyd edib.

Socar rəhbərliyi isə, bayramdan sonra klubda anarxiya yaradanların hamısının qovulacağını bildirib.