28
22:21
09 Sentyabr 2016

Tovuzda toyda dava düşdü: Rusiya vətəndaşı yaralandı

Tovuzda toyda dava zamanı Rusiya vətəndaşı döyülüb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün rayonun Qovlar şəhərində qeydə alınıb.

Şadlıq sarayında keçirilən toy məclisində qonaq qismində iştirak edən Rusiya vətəndaşı, 1982-ci il təvəllüdü Roqov Mixail Vladimiroviç müxtəlif bədən xəsarətləri alaraq Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Tovuz rayon Polis şöbəsində araşdırma aparılır.