31
12:01
08 Sentyabr 2016

Bakıda 3 nəfəri bıçaqlayan şəxs yaxalandı

Bakıda 3 nəfəri bıçaqlayan şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Suraxanı RPİ 30-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 6-da Bakı şəhər sakinləri Musa Hüseynova, Oqtay Yusifzadəyə və Səbuhi Hüseynova bıçaqla xəsarət yetirməklə sağlamlıqlarına ağır zərər vurmaqda şübhəli bilinən paytaxt sakini Cəfər Həsənov tutulub.

Araşdırma aparılır.