57
15:18
08 Sentyabr 2016

Bu gün bankların tələbi 400 mln. dolları ötüb - AMB

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilmiş növbəti valyuta hərracında Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 200 mln. dollar və AMB tərəfindən 100 mln. dollar olmaqla, ümumilikdə 300 mln. dollar məbləğində vəsait satışa çıxarılıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, hərracda məcmu tələb 402,56 mln. dollar təşkil edib.

11:30

Bu gün Azərbaycanda hərraca Dövlət Neft Fondu (ARDNF) və Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən 300 mln. ABŞ dolları məbləğində vəsait çıxarılıb.

Lent.az xəbər verir ki, bu barədə "Report"a bank dairələrindən məlumat verilib.

Məlumata görə, həmin vəsaitin 200 milyon dolları ARDNF-yə, 100 milyonu isə AMB-yə məxsusdur.

Xatırladaq ki, hər dəfə ARDNF hərraca 50 mln. dollar çıxarırdı.