47
16:50
07 Sentyabr 2016

MSK sədri qeydiyyata alınan müşahidəçilərin sayını açıqladı

Referendumda müşahidə aparmaq üçün Mərkəzi Seçki Komissiyasında (MSK) 846 müşahidəçi qeydiyyatdan keçib

APA-nın məlumatına görə, bunu bu gün MSK sədri Məzahir Pənahov bildirib. MSK-da qeydiyyatdan keçən müşahidəçilərdən 598 nəfəri 2 QHT-nin müşahidəçisidir, 2 nəfər xüsusi icazə ilə, qalanları öz təşəbbüsləri ilə qeydiyyatdan keçib.

Seçki dairələrində isə 37 429 müşahidəçi qeydiyyatdan keçib. Onlardan 22481 nəfəri öz təşəbbüsü il qeydiyyatdan keçib. Onlardan 881 nəfəri QHT-nin müşahidəçisidir. “Yeni Azərbaycan” təşviqat qrupunun 4410, “Vətəndaş Cəmiyyəti” təşviqat qrupunun 3024, “Bələdiyyə” təşviqat qrupunun 4577 müşahidəçisi qeydiyyatdan keçib. Qalan müşahidəçilər siyasi partiyaların təmsilçiləridir.