31
11:54
07 Sentyabr 2016

Bakıda avtomobillə körpə qızı vurub qaçdılar

Bakıda azyaşlının xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, sentyabrın 6-da saat 17 radələrində paytaxtın Nizami rayonu ərazisində naməlum sürücünün idarə etdiyi “Daewoo” markalı avtomobillə azyaşlı Milana Məhərrəmova vurulub. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Nizami RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.