55
12:30
06 Sentyabr 2016

Yağış, külək, dolu - Sabahın HAVASI

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az -a verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturu gecə 19-23, gündüz 25-28, Bakıda gecə 20-22, gündüz 26-28 ° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə intensiv olacaq, dağlıq ərazilərdə dolu düşəcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 18-23° isti, gündüz 24-29° isti, dağlarda gecə 9-14° isti, gündüz 15-20° isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza əsasən, sentyabrın 7-də Abşeron yarımadasında xəzri küləyinin əsməsi və iqlim normasına yaxın temperatur şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir. Sentyabrın 8-də zəif küləklərin üstünlüyü fonunda havada rütubətliyin bir qədər çox olması bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.