36
11:44
06 Sentyabr 2016

AXCP sədrinin müşaviri həbsxanadan atasının yasına buraxılıb

AXCP sədrinin müşaviri Məmməd İbrahim atasının yasında iştirak etmək üçün xüsusi icazə ilə həbsxanadan evə buraxılıb. Bu barədə Lent.az -a onun oğlu məlumat verib.

Məlumatda bildirilir ki, M.İbrahim 16 saylı Cəzaçəkmə Müəssisəsindən buraxılıb və Yevlaxa atasının yas mərasiminə gedir.

Qeyd edək ki, M.İbrahimin atası sentyabrın 4-də vəfat etmişdi.