22
10:57
06 Sentyabr 2016

Qadını yaralayan gənclərin məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində Qulu Abdullayev və Kamran Cəfərzadənin cinayət işi üzrə məhkəməsi başlayıb.

Lent.az -ın məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı sentyabrın 9-a təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin noyabr ayının 3-də Ramana qəsəbəsi Şuşa şəhərciyində baş verib. Həmin qəsəbədə yaşayan Aynur Teymurovaya evində bıçaq xəsarətləri yetirilib. Sabunçu Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsi və 12-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ramana qəsəbə sakinləri - 1998-ci il təvəllüdlü Q.Abdullayev və 1999-cu il təvəllüdlü K.Cəfərzadə tutulub.