22
20:30
05 Sentyabr 2016

Şəmkirdə yük maşını 75 yaşlı qadını vurdu

Şəmkirdə 75 yaşlı qadını avtomobil vurub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Şəmkir şəhərində qeydə alınıb.

Şəhər sakini 1941-ci il təvəllüdlü Əfruz Həsənova yaşadığı evin qarşısında yolu keçən zaman yük avtomobili tərəfindən vurulub. Xəsarət alan qadın Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.