71
16:42
05 Sentyabr 2016

Dubaya həmcinslərini aparan qadın məhkəmə zalında həbs edildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Nəzrin İbrahimlinin cinayət işi üzrə məhkəməsi başa çatıb.

Lent.az -ın məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə N.İbrahimli 9 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, N.İbrahimli Azərbaycandan Birləşmiş Ərəb Əmirliyinə (Dubay şəhəri) qadın aparmaqda təqsirli bilinib. Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan N.İbrahimli barəsində həbs qətimkan tədbiri seçilməyib.