18
12:20
05 Sentyabr 2016

Avtomobil 77 yaşlı kişini vurub öldürdü

Binəqədidə piyada yol qəzasının qurbanı olub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, sentyabrın 3-də saat 23 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsində Abşeron rayon sakini Ramil Şükürov idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən Sumqayıt şəhər sakini 77 yaşlı Musa Musayevi vurub. Piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.