68
12:12
05 Sentyabr 2016

Bakıda pulla dolu seyf oğurlanıb

Bakıda mağazadan seyf oğurlanıb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Nərimanov RPİ 17-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 3-nə keçən gecə Bakı şəhər sakini Elşən Nəcəfova məxsus mağazadan qapının qıfılını sındırmaq yolu ilə içərisində 4000 manat pul olan seyfi oğurlamaqda şübhəli bilinən Qazax rayon sakini Hamlet Məmmədov tutulub.

Araşdırma aparılır.