17
21:51
04 Sentyabr 2016

Millimiz San-Marinoya qalib gəldi

Bu gün DÇ-2018-in seçmə mərhələsində Avropa zonası üzrə oyunlar start götürüb.

APA -nın məlumatına görə, Azərbaycan millisi ilk oyununda səfərdə San-Marino yığması ilə qarşılaşıb.

Oyun Azərbaycan millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, yığmamız “C” qrupunda Almaniya, Çexiya, Şimali İrlandiya, Norveç və San-Marino yığmaları ilə mübarizə aparır.

DÇ-2018-in seçmə mərhələsi

C qrupu

San-Marino – Azərbaycan - 0:1

Qol: Ruslan Qurbanov, 45