22
19:17
02 Sentyabr 2016

Obama Türkiyəni "vacib müttəfiq" adlandırdı

ABŞ prezidenti Barak Obama Türkiyədə baş vermiş 15 iyul hadisələrindən danışıb. Lent.az “habertürk”ə istinadən xəbər verir ki, ABŞ lideri bu hadisələrin rəsmi Ankara ilə münasibətlərə xələl gətirmədiyini deyib. Obama fikrini ilk olaraq “Türkiyə mülki və siyasi zəlzələ yaşadı" cümləsi ilə başlayıb. O əlavə edib ki, Türkiyə NATO ölkəsidir və bu təşkilat içində əməkdaşlığa davam edəcəklər.

Barak Obama Türkiyənin İŞİD-in məhvindəki rolundan danışıb və bu ölkəni "vacib müttəfiq" adlandırıb.