34
18:49
02 Sentyabr 2016

İslam Kərimovun ölüm xəbəri rəsmən təsdiqləndi - YENİLƏNİB

Özbəkistan hökuməti ölkə prezident İslam Kərimovun vəfat etməsi barədə xəbərləri təsdiqləyib.

APA-nın xəbərinə görə, bu barədə "İnterfaks" agentliyi Özbəkistan hökumətinin saytına istinadən məlumat yayıb.

**

17:12

“Paytaxt Daşkənd daxil olmaqla ölkənin bütün şəhərlərində dövlət bayraqları endirilib. Paytaxta və İslam Kərimovun dəfn ediləcəyi Səmərqənd şəhərlərinə giriş-çıxış ciddi nəzarətə götürülüb. Hazırda bütün dövlət adamları Səmərqənddə, İslam Kərimovun anadan olduğu şəhərdədir. Onun ata evinə isə minlərlə səmərqəndli axın edir”.

Bu barədə Lent.az -a Özbəkistandakı mənbə bildirib. Mənbənin dediyinə görə, hazırda Özbəkistanda qeyri-rəsmi fövqəladə vəziyyətdir. İslam Kərimov sabah Səmərqənddə dəfn olunacaq. O, Şahizində qəbirstanlığında, anası və iki qardaşıyla yanaşı dəfn ediləcək.

**

12:20

Özbəkistan prezidentiİslam Kərimov vəfat edib.

APA-nın xəbərinə görə, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Xatırladaq kii, ötən gün Özbəkistan hökuməti İ. Kərimovun kritik durumda olduğunu açıqlamışdı.