44
16:04
31 İyul 2016

Şeydayev oynadı, "Trabzonspor" qələbə qazandı

Türkiyənin "Trabzonspor" klubu yoxlama oyunu keçirib. Apasport.az xəbər verir ki, azərbaycanlı hücumçu Ramil Şeydayevin komandası Macarıstanın "Dyor" klubu ilə qarşılaşıb.

Görüş Trabzon təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Şeydayev əsas heyətdə meydana çıxıb və 73-cü dəqiqədə əvəzlənib.