36
12:06
31 İyul 2016

Qobustanda və Daşkəsəndə yanğın olub

Qobustan rayonundayanğın olub. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 24 m2 olan vaqon tipli otağın yanar hissələri və içərisində məişət əşyaları yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 09:29-da söndürülüb.

Oxşar hadisə Daşkəsən rayonunda da baş verib. Alunitdağ qəsəbəsində gücü 6 kVt olan yarımstansiyanın işərisində 11 ədəd yağ açarı yanıb. Digər transformatorlar yanğından mühafizə olunub. Yanğın saat 10:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.