29
14:04
30 İyul 2016

Xəzərdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib

Bakıda dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib. Lent.az -ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, bu gün saat 13 radələrində nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Xəzər rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyatı üzrə təhvil veriblər.