20
16:17
30 İyul 2016

Bıçaqlanan Bakı sakininin vəziyyəti orta ağırdı

İyulun 29-da Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində qəsəbə sakinləri Vüqar Bağırov və Ramil Mirzəyev münaqişə zəminində bir-birinə bıçaqla xəsarət yetiriblər. Lent.az -ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisədən sonra onlar xəstəxanaya yerləşdirilib. V.Bağırovun vəziyyəti orta-ağır, R.Mirzəyevə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Qaradağ RPİ tərəfindən araşdırma aparılır.