31
19:02
29 İyul 2016

"Beşiktaş"ın yeni transferi nə qədər qazanacaq?

“Beşiktaş”ın yeni transferi Adriano Korreanın İstanbul klubunda illik nə qədər məvacib alacağı açıqlanıb. Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “qara qartal”la 3 illik müqavilə imzalayan sabiq “Barselona”lı ilk mövsümündə daha çox qazanacaq.

Belə ki, Adriano ilk mövsümündə 2 milyon 350 min avro məvacib alacaq. 2017/2018 mövsümündə 1 milyon 850 min avro qazanacaq 32 yaşlı müdafiəçi sonrakı mövsümdə də eyni məbləği əldə edəcək.

Qeyd edək ki, Adriano “Barselona”dan öncə “Sevilya” və “Koritiba” klublarının formasını geyinib.