51
14:35
29 İyul 2016

Azərbaycana metal dəyənək gətirmək istədi

Gömrükçülər 1 ədəd metal dəyənək aşkar edərək götürüb. Lent.az Gömrük Komitəsinin saytına istinadən xəbər verir ki, Moskva-Gəncə aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı gömrük nəzarətindən keçərkən, onun baqajına rentgen aparatı vasitəsi ilə baxış keçirilib və monitorda metal dəyənəyin təsvirləri əks olunduğuna görə müvafiq qanunvericiliyə uyğun olaraq təkrar yoxlama aparılıb. Yoxlama zamanı sərnişinə məxsus çantanın içərisindəki şəxsi əşyaların arasından gömrük nəzarətinə təqdim olunmayan 1 ədəd metal dəyənək aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.