27
12:24
28 İyul 2016

Qadını aldadıb evə girdi, bıçaqlayıb qaçdı - BAKIDA

Bakıda quldurluq hadisəsi baş verib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 27-də Binəqədi rayonu ərazisində yaşayan İradə Hüseynovanın mənzilinə aldatma yolu ilə girmiş naməlum şəxs ona bıçaqla xəsarət yetirib oradan 110 manat pul aparıb.

İ.Hüseynovan xəstəxanaya yerləşdirilib.

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə hadisənin Bakı şəhər sakini Samir Rəşidov tərəfindən törədilməsi müəyyən edilib.

Binəqədi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.