50
12:06
28 İyul 2016

"Facebook"dan hansı məqsədlə istifadə edirsiniz? - SORĞU

"Facebook" sosial şəbəkəsi meydana gəldikdən sonra gündəlik həyatımızda bir sıra dəyişikliklərə səbəb olub. Məsələn, biz xəbərləri "Facebook"dan öyrənməyə başlamışıq. Bəzən isə bu sosial şəbəkə vasitəsilə yeni insanlar tanıyırıq, ya da illərdir əlaqəni kəsdiyimiz məktəb dostlarımızı sosial şəbəkədən axtarıb tapırıq. Eyni zamanda dostlarımızla gündəlik zəngləşmədən, şəkillərini "like" etməklə özümüzü onlarla ünsiyyətdə olmuş sayırıq.
Qısacası, "Facebook" həyatımızın hər anındadır. Bəs görəsən, paytaxt sakinləri "Facebook"dan daha çox hansı məqsədlə istifadə edirlər - informasiya almaq üçün, tanışlıq məqsədilə, yoxsa dostlarla ünsiyyətdə olmaq üçün? APA TV bu mövzuda sorğu keçirib.
- Ən çox dostlarla ünsiyyət və bəzi səhifələrdən informasiya əldə etmək üçün.
- Ən çox məlumat toplamaq üçün. Gün ərzində kanallara baxmağa vaxt tapmadığıma görə ən çox məlumat üçün istifadə edirəm. Təbii, dost-tanışların da rolu olur.
- Dostlarla ünsiyyət üçün.
- Məlumatlanmaq üçün. Məsələn, dini qruplar var, "online" həkim məsləhətləri var. Hansısa sualımız olanda həkimlərdən soruşuram. Sinif yoldaşlarımı, qrup yoldaşlarımı da axtarmışam, bəlkə hansınısa taparam deyə.
- "Facebook"dan ən çox xəbərlərdən məlumatım olsun deyə, istifadə edirəm. Tanışlıq üçün istifadə etmirəm, ailəliyəm.
- Dostlarla ünsiyyət.
- Məlumatlanmaq məqsədilə istifadə edirəm.
- Dostlarla ünsiyyət.
- Daha çox məlumatlanmaq. Məsələn, universitetdə oxuyuram, universitet səhifələrindən məlumat alıram, dünya xəbərlərindən də. Demək olar ki, hər məqsədlə istifadə edirəm. Arada da tanışlıq məqsədilə.
- Məlumatlanmaq məqsədilə.
- Məlumatlanmaq.
- Dostlarla ünsiyyət.
- Sadəcə, məlumatlanmaq üçün.
- İstifadə etmirəm.
- Vaxt keçirmək üçün, məlumat toplamaq üçün.
Sorğu keçirdiyimiz paytaxt sakinləri arasında "Facebook"dan istifadə etməyənlərin də sayı az deyil.
- "Facebook"dan istifadə etmirəm. Heç kəsə də məsləhət görmürəm istifadə etməyi. Xəbərləri öyrənmək istəyirlərsə, xəbər portallarına girsinlər. Vaxtlarını səmərəli istifadə etsinlər.
- "Facebook"um yoxdur, işlətmirəm. Xoşum gəlmir, daha çox "Instagram"dan istifadə edirəm.
- "Facebook"dan istifadə etmirəm.
- Əvvəl istifadə edirdim, ancaq indi yox.
- "Facebook"dan istifadə etmirəm.