65
10:16
28 İyul 2016

BAKIDA MÖCÜZƏ KİMİ OLAY: özünü 9-cu mərtəbədən atan uşaq sağ qaldı

İyulun 27-də axşam saatlarında Binəqədi rayonu ərazisində, 7-ci mikrorayonda özünü binanın 9-cu mərtəbəsindən atan 7 yaşlı Həsən Amanullayevin vəziyyəti çox ağırdır. Lent.az -ın məlumatına görə, hadisədən dərhal sonra Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilən Həsənə kəllə-beyin travması diaqnozu qoyulub. Bundan başqa onun bud, çanaq və qabırğalarında çoxsaylı sınıqlar var. Həkimlər 7 yaşlı oğlanın halında pisləşmə qeydə almasa da, onun vəziyyətinin ağır olduğunu bildirir.

Qeyd edək ki, 7 yaşlı Həsən Abdullayev özünü 9-cu mərtəbədəki mənzilin pəncərəsindən atarkən ağacların üstünə düşdüyündən sağ qalıb.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda araşdırma aparılır.

****

04:09

Bakının Binəqədi rayonu ərazisində bədbəxt hadisə baş verib.

Lent.az -ın "musavat.com"-a istinadən xəbərinə görə, hadisə 7-ci mikrorayon ərazisində qeydə alınıb. 7 yaşlı Həsən Amanullayev 9 mərtəbəli binanın 9-cu mərtəbəsindən yıxılıb. Ağaclara ilişərək yerə düşən uşaq sağ qalıb. O, xəstəxanaya yerləşdirilib. Dərhal əməliyyat olunan 7 yaşlı uşağın həyatını həkimlər xilas edə biliblər.

İlkin məlumata görə, həyətdə oynayan Həsəni anası evə gətirib. Bundan əsəbiləşən uşaq özünü 9-cu mərtəbədən atıb. Faktla əlaqədar araşdırma aparılır.