23
03:06
28 İyul 2016

İrəvanda etirazçılar Sarkisyanı istefaya çağırdı - YENİLƏNİB

İrəvanda polis binasını ələ keçirən silahlı qrupa dəstək mitinqi başa çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, etiraz aksiyaları sabah davam edəcək.

“Hazırda vəziyyət sakitdir, insanlar evlərinə dağılışırlar. Sabah, saat 20:00 Azadlıq meydanında aksiyamızı davam etdirəcəyik”, deyə fəallardan biri bildirib.

***

İrəvanda polis binasını ələ keçirən silahlı qrupa dəstək mitinqinin iştirakçıları bir sıra tələb irəli sürüblər.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, nümayiş iştirakçıları həbs olunanların azadlığa buraxılmasını və prezident Serj Sarkisyanın istefasını tələb edirlər.

Nümayişçilər hökumətə 01:30-dək vaxt veriblər.

Silahlı qrup tərəfindən ələ keçirilmiş binaya yaxın əraziyə əlavə polis qüvvələri yeridilib.