37
19:28
27 İyul 2016

Şirvanda partlayışda xəsarət alan 2 nəfər evə buraxıldı

İyulun 26-da Müdafiə Sənayesi Nazirliyinin Şirvan “Araz” zavodunda baş vermiş hadisə zamanı xəsarət alan və xəstəxanaya yerləşdirilənlərdən daha 2 nəfəri günün sonunda evə buraxılıb. Lent.az -ın məlumatına görə, bu barədə Müdafiə Sənayesi Nazirliyinin saytında xəbər dərc olunub. Məlumatda bildirilir ki, xəsarət alanlardan qalan 3 nəfərinin müalicəsi həkim nəzarəti altında davam etdirilir.