26
14:18
27 İyul 2016

Qaçırdığı avtomobillə birgə yaxalandı

Biləsuvarda avtomobil qaçırmış şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Biləsuvar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 25-də Əli Rzayevə məxsus “VAZ-2106” markalı avtomobili qaçırmış Zaur Tarverdiyev avtomobillə birgə saxlanılıb.

Araşdırma aparılır.