63
11:33
27 İyul 2016

Balakəndə partladıcı qurğu aşkarlandı

Şəmkir rayon sakininin Balakəndəki evindən partladıcı qurğu tapılıb. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Balakən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mahamalar kəndində yaşayan Şəmkir rayon sakini Natiq Alıyevin evinə baxış zamanı “PZU-5M” markalı partladıcı qurğu (generator) aşkarlanıb. Bundan başqa Qaysa kənd sakini Məhəmməd Gəncəyevdən isə müvafiq sənədləri olmayan yivsiz ov tüfəngi aşkar edilərək götürülüb.

Araşdırma aparılır.