32
17:39
26 İyul 2016

Rüstəm Usubov da Şirvana gedib

Baş Prokurorluğun yüksək rütbəli əməkdaşları partlayış baş verən Şirvan şəhərinə gedib.

APA-nın məlumatına görə, Şirvanda baş verən partlayışla bağlı baş prokurorun birinci müavini Rüstəm Usubov, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin rəisi Eldar Əhmədov və prokurorluğun daha bir neçə əməkdaşı hadisə yerindədir.

Hazırda baş vermiş hadisə ilə bağlı müvafiq araşdırmalar aparılır.