32
12:49
26 İyul 2016

Rezidenturaya qəbul imtahanının II mərhələsi keçiriləcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 29-da 2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının II mərhələsini keçirəcək. Lent.az -ın TQDK-nın saytına istinadən verdiyi məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 442 namizəddən 58 nəfəri hələlik “Namizədin imtahana buraxılış vərəqəsi”ni çap etməyib.

Xatırladırıq ki, rezidenturaya qəbul imtahanının ikinci mərhələsi – ixtisas fənləri üzrə onlayn sınaq imtahanı aparılır. 26 iyul saat 11:30-a olan məlumata əsasən, cəmi 174 nəfər sınaq imtahanında iştirak edib. Arzu edənlər TQDK-nın internet saytının müvafiq səhifəsində (http://eservices.tqdk.gov.az/sinaq/) qeydiyyatdan keçərək onlayn rejimdə sınaq imtahanında iştirak edə bilərlər. Sınaq imtahanında iştirak bilik səviyyəsini yoxlamağa, çətinlik çəkilən mövzuları aşkar edib, həmin mövzulara aid biliklərini artırmağa vadar etdiyindən namizədlərə onlayn sınaq imtahanından yararlanmaq tövsiyə olunur.