17
11:50
26 İyul 2016

Restoranda biznesmeni ölümlə hədələdi - AZƏRBAYCANDA

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları Xaçmazda əməliyyat keçirib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 24-də Xaçmaz rayonunun Çarxı kəndindəki restoranda, oranın icarədarı Ramin Namazovu öldürəcəyi ilə hədələyib 400 manat pul tələb etmiş Xaçmaz şəhər sakini, əvvəllər məhkum olunmuş Hüseyn Mövlanov tutulub. Ondan 3,225 qram heroin götürülüb.

Araşdırma aparılır.