36
11:42
26 İyul 2016

Bakıda “Range Rover”in altında qalan şəxs öldü

Bakıda yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış şəxs xəstəxanada vəfat edib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 24-də Səbail rayonunun Salyan yolu küçəsində Saatlı rayon sakini Kamal Ağayev idarə etdiyi “Range Rover” markalı avtomobillə yolu keçən həmyerlisi Ələmdar Xanəliyevi vurub. Xəstəxanaya yerləşdirilmiş Ə.Xanəliyev iyulun 25-də orada ölüb.

Səbail RPİ tərəfindən araşdırma aparılır.