32
22:28
25 İyul 2016

17 yaşlı qız dərmandan zəhərləndi - Ağdamda

Ağdamda 17 yaşlı qız dərmandan zəhərlənib.

APA-nın Qarabağ muxbirinin xəbərinə görə, rayonun Baharlı qəsəbəsində məskunlaşan, 1999-cu il təvəllüdlü Şuşa rayon sakini Əsədova Nüranə Ərəstun qızı qəbul etdiyi ağrıkəsici həbdən zəhərlənib.

Ailəsi N.Əsədovanı Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırıb. Xəstəxanadan APA -ya verilən məlumata görə, N.Əsədovaya ilkin tibbi yardım göstərilib, müalicəsi Reanimasiya və İntensiv Terapiya Şöbəsində davam etdirilir.