39
17:49
24 İyul 2016

“Birlik kuboku” ləğv edildi

Rusiyada keçirilən ənənəvi "Birlik kuboku" turniri ləğv edilib.

Qol.az-ın xəbərinə görə, bu barədə Rusiyanın idman naziri, Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko mətbuata açıqlamasında məlumat verib.

"Birlik kuboku bağlandı. Bu yarışın artıq aktuallığı qalmayıb. Qranatkin turniri isə davam edəcək" - deyə Mutko qeyd edib.

Rusiya Futbol Birliyi və FİFA bayrağları altında keçirilən "Birlik kuboku" 1993-cü ildən bəri keçirildi. Turnirdə keçmiş SSRİ ölkələrinin klubları təmsil olunurdu.

Qeyd edək ki, Azərbaycan klubları üç dəfə "Birlik kuboku"nun qalibi olub. 2006-cı ildə "Neftçi", 2008-də "Xəzər Lənkəran", 2011-ci ildə isə "İnter" sözügedən turnirin qalibi olub.