23
21:18
23 İyul 2016

Qazaxda “MAN" yandı

Qazaxda yanğın hadisəsi qeydə alınıb. Lent.az -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Daş Salahlı kəndində (rayon mərkəzindən 14 km aralı) baş verib. "MAN" markalı yük avtomobilinin qoşqusunun təkərləri və işıqlandırma sistemi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Daha bir yanğın hadisəsi Mingəçevir şəhərində vətəndaşa məxsus ümumi sahəsi 51 kv.m olan 3 otaqlı mənzildə baş verib. Nəticədə mənzilin mətbəxində 2 kv.m sahədə mətbəx mebeli yanıb. Mənzil yanğından mühafizə olunub.