51
19:41
23 İyul 2016

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 23 İyul

Neftin qiymətindəki azalma çərşənbə günündən etibarən yenidən aktivləşib. Neft qiymətinin enməsinə bu dəfə səbəb nədir? Əslində baş verənlərin səbəblərini araşdırarkən, bazara bir o qədər də real təsir gücü olmayan xeyli sayda fundamental faktorları sadalamamaq da olar. Amma bundan daha vacib məsələ iri oyunçuların gələcək üçün hansı planlara malik olduğundan xəbərdar olmaqdır.

Neft bazarının vəziyyəti barəsində proqnoz verə bilmək üçün yalnız bircə göstərici, ABŞ dollarının dinamikasından istifadə etmək olar. Bu yerdə verilən proqnozların kifayət qədər yüksək dəqiqliyə söykəndiyini də gözdən qaçırmaq olmaz. İyun ayının sonlarından dollar indeksinin altı əsas valyuta səbətində ciddi şəkildə artdığı müşahidə olunur. Buna müvafiq olaraq isə neftin qiyməti azalan dinamika ilə inkişaf edir.

Neftin dəyərinin azalmasını müşayiət edən informasiya axınına nəzər salsaq, son zamanlar dünyada yanacaq ehtiyatı əhəmiyyətli dərəcədə artdığının şahidi oluruq. Uzun zamandır özünün neft emalı bazarları üçün daha çox "qara qızıl" ehtiyatı əldə edən Çin hazırda benzinin artıq qalan hissəsini ixrac etməyə başlayıb. Beləcə, iyun ayında Çindən dünya bazarına satışın həcmi iki dəfə artıb.

Yeri gəlmişkən, Avropanın yanacaq ehtiyatında da artım qeydə alınıb. Həftə ərzində Avropanın malik olduğu benzinin həcmi 12 faiz artaraq, tarixi rekorda imza atıb. ABŞ da bu artım dinamikasından geri qalmayıb. Yay aylarında adətən avtomobil yanacağına tələbat artdığından, ölkədə bunun əksinə olaraq benzin həcminin ötən illə müqayisədə 25 faiz artması da təəccüb doğurmaya bilməz. Bu göstərici son 10 ilin rekord nəticəsi hesab olunur. Bununla yanaşı həm də amerikan neft emalçılarının marjinallığı da artır ki, bu faktor da yay mövsümü üçün gözlənilməzdir. İndiki məqama gəlincə, neft emalı zavodları malik olduqları neftin satışını sürətləndirmək üçün emal məqsədilə yeni sifarişlərin qəbulunu dayandırmalı, treyderlər isə satdıqları neftin hər barel neftin qiymətində endirim təklif etməli olacaqlar...