47
20:37
23 İyul 2016

İŞİD Kabili qana boyadı: 80 ölü, 230 yaralı - YENİLƏNİB

Əfqanıstanın paytaxtı Kabildə nümayiş zamanı törədilən partlayış nəticəsində ölənlərin sayı 80-nə çatıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində 80 nəfər ölüb, azı 230 nümayişçi yaralanıb. Küçələrinə elektrik xəttinin çəkilməsini istəyən etnik xəzərlərin keçirdiyi aksiya zamanı kamikadze özünü partladıb. "Canlı" bombalardan daha biri polis tərəfindən öldürülüb, üçüncünün isə bombası işə düşməyib.

Partlayışa görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.

***** 18.16

Əfqanıstanın paytaxtı Kabildə dəhşətli terror aktı baş verib. Lent.az -ın xarici KİV-ə istinadən xəbərinə görə, terror aktı Kabilin Dexmazanq rayonunda etiraz aksiyası zamanı törədilib.

Artıq terrora görə İŞİD məsuliyyəti üzərinə götürüb.

Partlayış nəticəsində 61 nəfər ölüb, 207-dən artıq yaralı var. Terror aktını 3 "canlı" bomba planlaşdırsa da, onlardan yalnız biri istəyinə nail olub. "Canlı" bombalardan biri polis tərəfindən öldürülüb, o birinin isə bombası işə düşməyib.