38
15:15
23 İyul 2016

Penitensiar Xidmətin rəisinə yeni rütbə verilib

Azərbaycan ədliyyə nazirinin müavini, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin (PX) rəisinə yeni rütbə verilib.

Lent.az -ın Report-a istinadən verdiyii məlumata görə, indiyədək polis general-mayoru rütbəsini daşıyan Ceyhun Həsənov artıq ədliyyə general-mayorudur.

Qeyd edək ki, C.Həsənov PX rəisi vəzifəsinə keçən ay təyin olunub. Həmin vaxta qədər isə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.