28
12:07
23 İyul 2016

Qubada dəhşətli olay - elektrik mişarı ilə ayağını kəsdi

Quba sakini bədbəxt hadisə nəticəsində ölüb. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə rayonun Adur kəndində qeydə alınıb. Kənd sakini Saleh Qazıxanov evində elektrik mişarı ilə ehtiyatsız davrandığından ayaq nahiyəsindən xəsarət alıb. O, xəstəxanaya aparılarkən qanaxmadan yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.