55
11:11
23 İyul 2016

Bakıda iki avtomobil toqquşdu: 4 yaralı

Bakıda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Lent.az -ın məlumatına görə, Səbail rayonu Xanlar küçəsində "Mercedes" markalı, 10 FK 970 dövlət qeydiyyat nişanlı minik avtomobili "Ford" markalı, 99 CT 249 nömrəli maşınla toqquşub. Nəticədə hər iki avtomobildə olan 4 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Yaralılardan ikisi qadın, digər ikisi isə kişidir.

Faktla bağlı araşdırma aparılır.