39
10:18
23 İyul 2016

Qobustanda və Masazırda maşın yanıb

Qobustanın Cəmcəmli kəndində vətəndaşa məxsus "Nissan" markalı minik avtomobilinin yanar hissələri yanıb. Lent.az -ın FHN-nin saytına istinadən xəbərinə görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 01:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Abşeron rayonu, Masazır qəsəbəsində vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin də mühərrikində elektrik avadanlıqları, qabaq oturacaqları və şit yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.