50
16:34
22 İyul 2016

“Dağlıq Qarabağa ən yüksək muxtariyyət verməyə hazırıq”

“Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mərhələli həlllini dəstəkləyirik”.

Bunu APA-ya açıqlamasında Milli Məclisi sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədriZiyafət Əsgərov deyib.

Z. Əsgərov bildirib ki, Azərbaycan ikinci süni erməni dövlətinin yaradılmasına imkan verməyəcək: “Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Amma biz onlara Azərbaycanın tərkibində ən yüksək muxtariyyət statusu verməyə hazırıq. Bu, bizim birdəfəlik mövqeyimizdir”.