37
10:00
22 İyul 2016

Avtomobil beton səddə çırpıldı: bir ailədən 6 yaralı

Hacıqabul rayonunda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax yolunun 140-cı km-də, Hacıqabulun Qarasu kəndi ərazisində qeydə alınıb. "Mitsubishi" markalı, 90 BB 932 dövlət nömrə-nişanlı avtomobil yolun kənarındakı beton səddə çırpılıb. Nəticədə eyni ailənin üzvü olan 6 nəfər ağır xəsarət alıb. Xəsarət alanların arasında azyaşlılar da var.

Faktla bağlı araşdırma aparılır.