58
05:57
22 İyul 2016

Ermənistan və Rusiya hərbi-texniki sahədə əməkdaşlığı müzakirə etdilər

Ermənistanın müdafiə naziri hərbi-texniki sahədə əməkdaşlıq üzrə Rusiya Federal Xidməti rəhbərinin müavini Vladimir Drojjovla görüşüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, görüşdə hərbi-texniki sahədə Ermənistan- Rusiya əməkdaşlığı məsələləri, həmçinin, hərbi-texniki məsələlər üzrə Ermənistan – Rusiya hökumətlərarası komissiyasının növbəti iclasının keçirilməsi müzakirə olunub.

Drojjovun İrəvana səfəri iyulun 22-də başa çatacaq.