45
05:43
22 İyul 2016

Təyyarə evinin üstünə düşdü

ABŞ-ın İllinoys ştatındakı Coliyet şəhərində təyyarə yaşayış binasının üstünə düşüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, təyyarənin ölçüləri və insanların sayı barədə məlumat verilmir.

Hadisə yerinə xilasedicilər cəlb olunub. Yerli yanğınsöndürmə xidmətindən ev sakinləri arasında tələfatın olmadığı bildirilir.