35
03:44
22 İyul 2016

Kafe və 2 “VAZ” yandı

Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 70 m2 olan kafenin dəhlizində quraşdırılmış elektrik sayğacı yanıb. Lent.az -ın FHN-nin saytına istnadən verdiyi xəbərə gerə, kafe yanğından mühafizə olunub.

Bərdə rayonu, Mirzəalıbəyli kəndində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin yanacaq çəninin başlıq hissəsi və yük hissəsində elektrik naqilləri 0,5 p.m yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

İsmayıllı rayonu, Hacıhətəmli kəndində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilin yanar hissələri yanıb.