42
17:17
21 İyul 2016

İspaniya yığmasının yeni baş məşqçisi o oldu

İspaniya millisinin yeni baş məşqçisi müəyyənləşib.

Lent.az -ın Qol.az-a istinadən verdiyi məlumata görə, bundan sonra yığmanı Julen Lopeteqi çalışdıracaq.

O, bu vəzifədə "Avro-2016"dan sonra komandadan ayrılan Visente del Boskeni əvəzləyib. Lopeteqi bu gün milli komandanın bazasında rəsmən ictimaiyyətə təqdim olunacaq.

Qeyd edək ki, 17 illik futbolçu karyerasında "Real" və "Barselona"nın qapısını qoruyan 50 yaşlı mütəxəssis 2014-2016-cı illərdə "Portu"da baş məşqçi vəzifəsində çalışıb.