23
14:40
21 İyul 2016

Qafqaz Universitetinin rektoru kollektivlə vidalaşdı - FOTO

Bu gün Qafqaz Universitetininin yeni rektoru tələbə və müəllim heyəti ilə görüşüb. Lent.az -ın azxeber.com-a istinadən məlumatına görə, universitetin yeni rektoru Elmar Qasımov sələfi Ahmet Saniç haqqında xoş sözlər deyib və onun Qafqaz Universiteti üçün etdiklərinə görə təşəkkür edib.

Elmar Qasımov həmçinin qeyd edib ki, Qafqaz Universitetində təhsil sistemi əvvəlki qaydada saxlanılacaq: “Bütün ixtisaslar, abituriyentlərin qəbulu olduğu kimi qalacaq. Qafqaz Universiteti əvvəl necə fəaliyyət göstəribsə, bu gündən sonra da elə fəaliyyət göstərəcək. Sadəcə olaraq, Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin rektorluğunun idarəçiliyi altında fəaliyyətini davam etdirəcək. Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin rektorluğunun idarəçiliyi altında daha da inkişaf edəcək”.

E. Qasımov əlavə edib ki, tədris Qafqaz Universitetinin kampusunda davam etdiriləcək.