24
15:36
21 İyul 2016

Daşkəsəndə meyiti tapılan şəxs qətlə yetirilibmiş- YENİLƏNİB

İtkin düşən Samux rayon sakininin Daşkəsəndə qətlə yetirildiyi müəyyənləşib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Samux rayon sakini, 1954-cü il təvəllüdlü Məhəmməd İbrahimovun meyiti Daşkəsən rayonu, Kəmərqaya kəndi ərazisində çayın kənarında aşkarlanıb. Onun bıçaqlanaraq qətlə yetirldiyi bildirilir. Məlumata görə, Məhəmməd İbrahimov bir neçə gün əvvəl itkin düşüb. Onun avtomobili isə dünən Kəmərqaya kəndi ərazisində aşkarlanıb.

Faktla bağlı Daşkəsən rayon Prokuroluğunda cinayət işi başlanıb.

***

Samux rayon sakininin meyiti Daşkəsəndə tapılıb.

APA-nın Qərb bürosunun məlumatına görə, Samux rayon sakini, 1954-cü il təvəllüdlü Məhəmməd İbrahimov Daşkəsən rayonu, Kəmərqaya kəndi ərazisində dərədə aşkar edilib. Hazırda meyitin müayinəsi həyata keçirilir.

Faktla bağlı Daşkəsən Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.